AZE | RUS | ENG |

Avropanın miqrant problemi səngiyib

Avropanın miqrant problemi səngiyib
Lakin bəzi problemlər qalmaqda davam edir

Bir müddət öncə Avropanın bütövlüyünü təhlükə altına alan miqrant problemi, deyəsən həllini tapıb. 2015-2016-cı illərdə Avropanın bir nömrəli probleminə çevrilən miqrant gərginliyi artıq səngimək üzrədir. "Vestnik Kafkaza” nəşri yazır ki, Avropa İttifaqına üzv dövlətlərin bir neçəsi artıq miqrant axınının qarşısını almaq üçün tədbirlər görürlər. İlk növbədə köçkünlərə gəldikləri ölkələrə geri dönmələri ilə bağlı xərcləri ödəmək, eləcə də, tarixi vətənlərində maliyyə yardımı kimi təkliflər verirlər. Polşa, Macarıstan, Slovakiya və Çexiya kimi ölkələr isə mühacirlərlə bağlı məsələni qulaqardına vurmaqda davam edir və Avropa İttifaqının müəyyən edilmiş kvota üzrə bölgüsünə əməl etməkdən boyun qaçırırlar. Miqrantlar iki-üç il bundan əvvəl deyildiyi kimi, artıq Avropa İttifaqının varlığına təhlükə törətmirlər. Lakin onların Avropa ailəsinə inteqrasiyası avropalı siyasətçilərin başlıca başağrılarından biri kimi qalır. Ötən ayın 19-da Macarıstanın baş naziri Viktor Orban Avropa qitəsinin miqrantlar tərəfindən "işğalı” təhlükəsi barədə bəyanat səsləndirib və Avropanın islamlaşdırılmasının qarşısının alınmasının zəruriliyini bildirib. O, bir növ "xristian alyansı” yaratmağı da təklif edib. Məlumat üçün bildirək ki, Şengen və Dublin razılaşmaları miqrantlara Avropa İttifaqı ərazisində sığınacaq alınması hüququnu verir. Bundan əlavə, bu razılaşma onlara daxili sərhədlər daxilində hərəkət etməyə imkan verir. Bundan da qaçqınların böyük bir hissəsi istifadə edir, daha çox Almaniyaya keçməyə çalışırlar. Almaniya kansleri Angela Merkel də miqrant axınının nizamlanmasının zəruriliyini bildirir. Lakin miqrant axının Avropaya daha böyük mənfəət gətirəcəyi fikrindən də vaz keçmir. 2016-cı ildə Merkel bildirirdi ki, miqrantlara qarşı kin və küdurət bəsləyənlərin ardınca getmək gərək deyil. Onun sözlərinə görə, Almaniya güclü ölkədir və qaçqınlara kömək göstərilməsi məsələsini tam şəkildə həll etmək mümkündür. Təsadüfi deyil ki, bu ölkədə könüllülərdən ibarət böyük hərəkat da fəaliyyət göstərir. 

Aİ-yə daxil olan Macarıstan, Polşa, Avstriya, Slovakiya və digər Şərqi Avropa ölkələri bir vaxtlar öz unikal istehsallarını qurban verməklə quruma üzv qəbul oldular. Bununla da özlərinin həyat tərzi, artmaqda olan inflyasiya və işsizlik problemlərini həll edəcəklərinə ümid edirdilər. Lakin bu gün Aİ-nin miqrasiya siyasəti onları vəsaitlərinin bir qismini qaçqınların yerləşdirilməsinə sərf etməyə məcbur edir. Bu da onların narazılığına səbəb olur. Litva prezidenti Dalya Qribauskayte hesab edir ki, miqrasiya axınını azaltmaq üçün sırf həyatı təhlükəsi olan və müharibələrdən qaçan insanlara sığınacaq verilməlidir. V.Orban isə Aİ-nin radikal qanadını təmsil edir, bu xətt də Avropanı xristian mədəniyyətinin daşıyıcısı olmasından ibarətdir. Hələ 2015-ci ildə Aİ Slovakiya baş naziri Robert Fiçonun sözlərindən həyəcan keçirmişdi. O bildirmişdi ki, respublika yalnız və yalnız xristian suriyalıları qəbul edəcək. Az sonra Çexiya prezidenti Miloş Zeman dəqiqləşdirmə apararaq bildirib ki, parlament daha çox ukraynalı qaçqınları qəbul etməyə hazırlaşır. Onun qənaətincə, ukraynalılar Avropa cəmiyyətinə daha sürətlə inteqrasiya olunurlar. Avstriya XİN-in keçmiş rəhbəri, hazırda federal kansler Sebastyan Kurç isə kəskin şəkildə məktəbəqədər müəssisələrin üstünə düşərək bildirib ki, Vyanadakı müsəlman uşaq bağçalarını bağlamaq gərəkdir. Səbəb kimi də göstərib ki, onlar uşaqların inteqrasiyası ilə uyğunlaşmırlar. Yaddan çıxarmaq gərək deyil ki, müasir Avropa 16 mln-dan artıq müsəlmanın vətənidir. Bu səbəbdən də "Avropa İttifaqının Avropada xristianlığın forpostuna çevrilməsi” fikri mənfi risklər doğurur. Bu, sosial sıçrayışlar, narazılıqlara meydan aça bilər. 

Azər


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.2768
TRY 1 Türk lirəsi 0.3642
KWD 1 Küveyt dinarı 5.6242
SEK 1 İsveç kronu 0.1976
EUR 1 Avro 2.0067
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7000