• şənbə, 20 Aprel, 01:58
  • Baku Bakı 15°C

Avropanın daha bir ölkəsi evtanaziyaya icazə verəcək

21.02.20 12:45 1100
Avropanın daha bir ölkəsi evtanaziyaya icazə verəcək
Portuqaliyanın birpartiyalı parlamenti ölkədə evtanaziyanın leqallaşdırılması haqqında qanun layihəsini dəstəkləyib.
"Report” xəbər verir ki, bu barədə"El Pais”bildirib.
Qeyd edilir ki, fevralın 20-də keçirilmiş səsvermə bu məsələ üzrə ikincidir. Növbəti mərhələ müzakirədən vədüzəlişlərinxüsusi komissiya tərəfindən təkmilləşdirilməsindən ibarət olacaq.
Ölkədə bununla bağlıreferendumun keçirilməsinin təşəbbüskarı katolik kilsəsi olub. Kilsə evtanaziyanın qanuniləşdirilməsinə qarşı çıxır.
Məlum olub ki, qanun layihəsini ölkə əhalisinin 50,5%-i dəstəkləyir. Rəyi soruşulanların dörddə biri buna qarşı çıxdığını bildirib. Digərləri isə bununla bağlı suala qəti cavab verməyiblər.
Evtanaziya artıq Belçika, Lüksemburq və Niderlandda leqallaşdırılıb. Portuqaliya dördüncü ölkə ola bilər.
banner

Oxşar Xəbərlər