AZE | RUS | ENG |

Avropalılar Avropa İttifaqının gələcəyinə nikbinliklə baxırlar

Avropalılar Avropa İttifaqının gələcəyinə nikbinliklə baxırlar
Avropa Komissiyası müntəzəm olaraq Avrobarometr adlandırılan sorğu keçirir. Bu sorğu Aİ-yə üzv ölkələrin vətəndaşlarının əhval-ruhiyyəsində bu və ya digər proseslərə meyilləri müəyyən edir.
 
AZƏRTAC xəbər verir ki, sonuncu sorğunun nəticələrinə görə, avropalılar nəinki Aİ-yə nikbin münasibəti qoruyub saxlayıblar, onlar həm də göstəriciləri təkmilləşdiriblər. Sorğu bütün istiqamətlərdə - iqtisadiyyatdan tutmuş demokratiyanın vəziyyətinədək müsbət qəbuletmənin güclü artımını göstərib.
 
Sorğu Aİ-yə üzv olan 28 ölkədə və Avropa Parlamentinə seçkilərdən dərhal sonra 5 namizəd ölkədə keçirilib, lakin nəticələr yalnız indi açıqlanıb. Əsas nəticələr arasında miqrasiya məsələsindən sonra Aİ səviyyəsində əhəmiyyətində görə ikinci problem olan avroya və iqlim dəyişmələrinə rekord sayda dəstək olub.
 
Bir il bundan əvvəl keçirilən sonuncu sorğudan bəri Aİ-yə müsbət imic bəsləyən respondentlərin payı 23 üzv ölkədə artıb (45 faiz), Kiprdə (47 faiz +11 faiz bəndi), Macarıstanda (52 faiz +9), Yunanıstanda (33 faiz +8), Rumıniyada (60 faiz +8) və Portuqaliyada (60 faiz +7) daha çox özünü büruzə verib.
 
Sorğu göstərir ki, avropalıların əksəriyyəti Aİ-nin gələcəyinə nikbinliklə baxırlar (61 faiz +3 faiz bəndi), eyni zamanda, 34 faiz (-3) bədbin əhval-ruhiyyədədirlər. Nikbinlik daha çox İrlandiyada (85 faiz), Danimarkada (79 faiz), Litvada (76 faiz) və Polşada (74 faiz) hiss olunub.
 
Eyni zamanda, nikbinlik Böyük Britaniyada (47 faiz) və Fransada (50 faiz) daha az ifadə olunub.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946