• şənbə, 20 Aprel, 13:15
  • Baku Bakı 23°C

Avropadan gələn ilk yük qatarı Astaraya daxil olub

09.02.18 17:21 825
Avropadan gələn ilk yük qatarı Astaraya daxil olub
MASHREGHNEWS,İran
09.02.2018

Rusiyanın Sankt-Peterburq şəhərindən hərəkətə başlamış yük qatarı Azərbaycandan keçərək İran İslam Respublikasının ərazisində yerləşən Astara dəmir yolu terminalına daxil olub.
Rusiyanın Sankt-Peterburq şəhərindən hərəkətə başlamış ilk yük qatarı Azərbaycandan keçərək fevralın 8-də İran İslam Respublikasının ərazisində yerləşən Astara dəmir yolu terminalına daxil olub. Beləliklə, Astara eyni vaxtda dəmir yolu, dəniz və quru nəqliyyatı infrastrukturuna malik ilk şəhərə çevrilib.
Tədbirdə Azərbaycandan bir sıra rəsmilər, İran Dəmir Yolu İdarəsinin nümayəndələri, o cümlədən idarənin ölkənin şimal-qərb regionu üzrə baş direktoru iştirak edib.
Bir neçə xüsusi şirkətə məxsus MDF və taxtadan ibarət ilk yük partiyasını daşıyan 6 vaqonlu qatar Astara limanına İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında yeni inşa edilmiş dəmir yolu xəttilə daxil olub. Bu, İranda "Dəhe-e Fəcr” (İslam İnqilabının qələbəsi) bayramına təsadüf edib.
Astara-Astara dəmir yolu layihəsi Astara rayonu və Gilan vilayətinin mənzərəsini dəyişməklə yanaşı, həm də ölkəyə və maraqlı dövlətlərə divident qazandırmaq potensialına malikdir. Bu, dünyanın iqtisadi gücləri üçün də tam aydındır.


banner

Oxşar Xəbərlər