AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Avropadakı ən yaxşı braziliyalı

Avropadakı ən yaxşı braziliyalı

İdman
28 Fevral 2020, 12:17 579
"Liverpul”un qapıçısı Alison Bekker "Samba Gold” mükafatına layiq görülüb. 
 
Kaspi.az xəbər verir ki, bu mükafat Avropada çıxış edən ən yaxşı braziliyalı futbolçuya verilir. Mükafat "Sambafoot” portalı tərəfindən təsis edilib və hər il təqdim olunur. 
 
27 yaşlı qapıçı mükafatını "Liverpul”un təlim-məşq bazasında alıb. O, səslərin 35,54 faizini toplayıb. İkinci yerdə 23,48 faiz səslə onun komanda yoldaşı Firmino qərarlaşıb. PSJ-nin müdafiəçisi Tyaqo Silva 10,46 faiz səslə üçüncü olub.