• cümə, 29 Mart, 12:18
  • Baku Bakı 14°C

Avropada yuxudan gec oyananlar arasında yunanlar birincidir

25.03.19 18:15 501
Avropada yuxudan gec oyananlar arasında yunanlar birincidir
Avropalılar arasında səhərlər yuxudan gec oyananlar arasında birinci sırada yunanlar qərarlaşıblar.
Bu barədə "Europuls” nəşri "SleepCycle” mobil əlavəsinin köməyi ilə tərtib edilən interaktiv xəritəyə istinadla məlumat verir.
Yunanlar səhərlər yuxudan oyanmağa görə dünyada ikincidirlər. Dünyada bu baxımdan birinci yeri Səudiyyə Ərəbistanı vətəndaşları tuturlar. Onlar saat 08:22-də, yunanlar isə 08:18-də yuxudan dururlar. Yunanlardan sonra yatmağı ən çox sevən portuqaliyalılar və ispanlardır. Onlar saat 08:10-da və 07:55-də oyanırlar. Ən tez yuxudan duranlar isə Mərkəzi Avropa sakinləridir. Belə ki, sloveniyalılar saat 07:03-də, slovakiyalılar 07:05-də, macarlar isə 07:10-da yuxudan dururlar.
Qeyd edək ki, interaktiv xəritə 60 ölkədə 920 min istifadəçinin məlumatlarının analizi əsasında tərtib edilib. Nəticələr göstərir ki, müasir dövrdə insanlar orta hesabla 7,5 saat yatırlar.
banner

Oxşar Xəbərlər