• cümə axşamı, 25 aprel, 11:40
  • Baku Bakı 14°C

Avropada Türkiyə ilə bağlı ikitirəlik

29.04.17 09:00 1730
Avropada Türkiyə ilə bağlı ikitirəlik
Avropa-Türkiyə qarşıdurması gərgin mərhələyə daxil olmaqdadır. Türkiyədəki referendum və kürd separatçılarına qarşı son əməliyyatlardan sonra Avropa İttifaqı, eləcə də, Avropa Şurası Parlament Assambleyası Türkiyəyə qarşı sərt bəyanatlar səsləndirməkdə davam edir. AŞ PA-nın Türkiyənin monitorinq altındakı öılkə statusuna salınması barədə qərarı isə Avropa ailəsində bir növ ikitirəlik yaradıb. Bir sıra ölkələr antitürkiyə mövqe tutduğu halda, bəziləri Türkiyəyə qarşı sərt mövqenin yaxşı heç nə vəd etmədiyi qənaətindədirlər. Məsələn, Yunanıstanın xarici işlər nazirinin Avropa məsələləri üzrə müaviniYorgos Katrunqalos Türkiyə ilə Aİ arasında üzvlük müzakirələrinin dayandırılması məsələsindən bəzi Avropa ölkələrində daxili siyasiməqsədləri üçünistifadə edildiyinə diqqət çəkib. O, Türkiyə və Avropa İttifaqıarasındakı münasibətləri "qol güləşi”nə bənzədib: "Müzakirələrin dayandırılması yalnız Türkiyə üçün deyil, yaxşı qonşuluq münasibətləri və regiondakı proseslərin normallaşma məsələsi baxımından da səhv addım olacaq.
"Macarıstan Türkiyəni Avropa İttifaqı üçün vacib tərəfkeş sayır və Avropanın təhlükəsizliyinin Türkiyədəki sabitlikdən başladığını hesab edir”. Bunu isə Macarıstanın xarici işlər naziri Peter Siyarto Avropa İttifaqına üzv dövlətlərin XİN başçılarının Türkiyə ilə münasibətlərlə bağlı qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib. "Avropa İttifaqının miqrasiya müqaviləsi bağlamaqla öz təhlükəsizliyini Türkiyəyə həvalə etdiyini unutmayaq. Bu müqavilə işləməsə, o zaman yüz minlərlə, bəlkə də milyonlarla miqrant Balkanın qərbi ilə Avropa İttifaqı ərazisinə gələcək. Avropanın təhlükəsizliyi Türkiyədəki sabitlikdən başlayır. Türkiyədə sabitlik bütövlükdə Avropa İttifaqının maraqlarına xidmət edir. Türkiyədə sabitliyə zərbə vuracaq addımlardan qaçmaq lazımdır”, - deyə nazir vurğulayıb.Qeyd edək ki, Macarıstan baş naziri Viktor Orban Avropa Parlamentində etdiyi çıxışından sonra keçirdiyi mətbuat konfransında "Türkiyədə sabitlik olmasa, hamımızın başı ağrıyar” ifadəsini işlətmişdi.
Türkiyə rəsmiləri isə daha sərt mövqe ortaya qoyublar. Prezident Rəcəb Tayyib Ərdoğan AŞ PA qərarının tamamilə siyasi olduğunu qeyd edərək: "Bu qərarı tanımırıq” deyib. O bildirib ki, Türkiyədemokratik və hüquq dövlətdir və bu məsələdəki qərarlılığını 15 iyulda isbat edib: "Türk milləti azadiradəsiylə öz seçimini edib. Hər kəs buna hörmət göstərməlidir. Söhbət Türkiyəyə gələndə, simasızlıqda sərhəd tanımayanlardan zatən ədalət gözləmirik. Amma heç olmazsa, öz qoyduqları qaydalara bir az hörmət göstərmələrini arzulamaq haqqımızın olduğunu düşünürəm. BunlarFransa fövqəladə vəziyyət rejimində seçkiyə gedəndə səs çıxarmır, ancaqçevriliş cəhdinin ardınca Türkiyə eynisini edəndə, bizi monitorinq altına alır. Ayıbdır. Tarixən böyük hakimdir. Bu günlər gəlibkeçəcək, ancaq hər kəsin doğruları vəyanlışları bir ibrət olaraqortada qalacaq. Biz Türkiyəolaraq, doğru bildiyimiz yolda qərarlılıqla irəliləyəcəyik”.
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, "AŞ PA-nınqərarına qarşılazımlıaddımlaratılacaq”. O, AŞ PA-nın büdcəsinə ən çox dayaq olan (grand payeur) ölkələrdən birinin Türkiyə olduğunu ifadə edərək, bunu ən aşağı səviyyəyə endirəcəklərini bildirib: "Qərar qarşısında izləyəcəyimiz bir çox yol var. AŞ PA peşman olacaq. Monitorinq qərarı tamamən siyasidir”. Türkiyə-Avropa İttifaqı əlaqələrinə də toxunan xarici işlər naziri Türkiyənin, Aİ-nin rəftarından narahat olduğunu ifadə edərək: "Avropa İttifaqı Türkiyə ilə əlaqəli qərar qəbul etməlidir. Bizi təhdid etməklə heç nə əldə edilə bilməyəcəyini idrak etməlidir. Türkiyə İttifaqa üzvlük mövzusunu referenduma çıxarabilər. Belə bir referendumun nəticəsinin də nə olacağı aydındır. Çünki Avropa İttifaqı nə bizi qəbul etmək istəyir, nə də tamamən rədd edir. Almaniya və Fransa da üzvlüyümüzə müsbət yanaşmır”.
Baş nazirin müavini Numan Kurtulmuş da "Bu, təəssüf ki, irqçi, faşist, Türkiyənin, İslamın əleyhinə olan kampaniyanın nəticəsidir. Tamamilə siyasi qərardır”, - deyə qeyd edib.
Azər
banner

Oxşar Xəbərlər