Avropada qızılcaya tutulanların 70 faizi Ukraynanın payına düşür

Avropada qızılcaya tutulanların 70 faizi Ukraynanın payına düşür

Təfsilat
15 May 2019, 12:00 128
Avropa ölkələrində qızılca xəstəliyinə tutulanların 70 faizi Ukraynanın payına düşür. AZƏRTACxəbər verir ki, bu məlumat Dünya Səhiyyə Təşkilatının hesabatında yer alıb.
Hesabatda bildirilib ki, bu ilin iki ayında Avropanın 42 ölkəsində 34300 nəfər qızılca xəstəliyinə tutulub. Albaniya, Rumıniya və Ukraynada qızılcadan ölüm faktları baş verib.
Qeyd edək ki, 2018-ci ilin dekabr ayının 28-dən 2019-cu il mayın 1-dək Ukraynada qızılca xəstəliyindən ölənlərin sayı 16 nəfərə çatıb, bunlardan 3-ü uşaqdır.