• cümə, 19 Aprel, 22:20
  • Baku Bakı 24°C

Avropada mövsümün ən yaxşı qolu müəyyənləşib

29.08.17 21:16 1379
Avropada mövsümün ən yaxşı qolu müəyyənləşib
Avropada 2016/2017 mövsümünün ən yaxşı qolu müəyyənləşib.

Apasport.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Yuventus”un hücumçusu Mario Mandzukiçin Çempionlar Liqasının finalında "Real”a vurduğu qol qalib olub.

Belə ki, xorvatiyalı hücumçunun imza atdığı qol azarkeşlər arasında keçirilən sorğuda 26 faiz səs toplayıb.

Mussa Soun "Fənərbaxça”nın "Mançester Yunayted”lə oyununda vurduğu qol 25 faiz səs toplayaraq, ikinci olub.

İlk "üçlüy”ü isə "Real”ın yarımmüdafiəçisi Kasemironun "Napoli"yə vurduğu qol (20 faiz) tamamlayıb.
banner

Oxşar Xəbərlər