• cümə, 29 Mart, 16:15
  • Baku Bakı 14°C

Avropa Xalq Partiyasının üzvü: "Azərbaycanda referendum çox şəffaf bir şəraitdə keçirilir"

26.09.16 11:44 752
Avropa Xalq Partiyasının üzvü: "Azərbaycanda referendum çox şəffaf bir şəraitdə keçirilir"
"Bu, Azərbaycan üçün çox önəmli gündür".Bunu Trend-ə Avropa Xalq Partiyasının nümayəndə heyətinin üzvü Karmen Kuintanilla deyib.
O qeyd edib: "Siz xalq səsverməsi ilə Azərbaycan Konstitusiyasında dəyilşiklik edəcəksiniz. Bizim müşahidələrimizə görə, seçki məntəqlərində hər şey çox gözəl idi. Məntəqələr tam saatında açıldı. Referendum çox şəffaf bir şəraitdə keçirilir. İnsanlar çox razı şəkildə səsverməyə gəlirdilər. Yəni, bu nəticədə Azərbaycan xalqı öz azadlıqları və demokratiyasını gücləndirməyə gedir. Buna görə onları təbrik etmək istərdim".
Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.
Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.
banner

Oxşar Xəbərlər