• şənbə, 20 Aprel, 16:35
  • Baku Bakı 23°C

Avropa Şurasının baş katibi: “Azərbaycanın Avropanın enerji sistemində rolu artacaq”

21.05.14 14:16 1066
Avropa Şurasının baş katibi: “Azərbaycanın Avropanın enerji sistemində rolu artacaq”
Azərbaycanın energetika naziri Natiq Əliyev Avropa Şurasının baş katibi Tyorbörn Yaqlandın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, T.Yaqlandın rəhbərlik etdiyi nümayəndə heyətinə Avropa Şurası Nazirlər Komitəsinin katibi Mirey Pölüs, baş katibin Şəxsi Ofisinin direktoru Byorn Berq, Proqramlar üzrə direktor Verena Teylor və digər rəsmi şəxslər daxil olub.
Görüşdə ölkəmizlə bu mötəbər təşkilat arasındakı əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluq ifadə edilib. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanın qazandığı sosial-iqtisadi uğurlar, həyata keçirilən mühüm infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı və ölkədə hökm sürən əlverişli biznes və investisiya mühiti barədə qonaqlara məlumat verən N.Əliyev ölkəmizin regional və beynəlxalq əhəmiyyətli layihələrdə fəal iştirak etdiyini, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini və bunun nəticəsi kimi Azərbaycanın regionun lider ölkəsinə çevrildiyini bildirib. Qonağa Azərbaycanın iştirakçısı olduğu beynəlxalq enerji layihələri, eləcə də Avropaya neft-qaz ixracını həyata keçirməyə imkan verəcək planlaşdırılan yeni layihələr barədə məlumatlar verilib.
T.Yaqland isə ölkəmizə səfərindən və Avropa Şurası ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlığın mövcud vəziyyətindən məmnun olduğunu vurğulayıb. O, Azərbaycanın istər enerji istehsalçısı, istərsə də tranzit ölkə kimi Avropanın enerji sistemində rolunun artacağına əminliyini bildirib.
banner

Oxşar Xəbərlər