• cümə, 29 Mart, 03:05
  • Baku Bakı 7°C

Avropa Şurasında yerli idarəetmələr müzakirə olundu

13.11.18 16:00 342
Avropa Şurasında yerli idarəetmələr müzakirə olundu
Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 35-ci plenar sessiyası başa çatıb. Sessiya Avropa, o cümlədən Azərbaycandan gələn yerli hakimiyyətlər orqanlarının nümayəndələrini bir araya gətirib.
Payız sessiyasının yekunları barədə Azərbaycanın Yerli və Regional Hakimiyyətlər Orqanlarını təmsil edən Milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib.
Noyabrın 5-dən 8-nə kimi davam edən sessiya Avropa Xartiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunub. Sessiyanın gündəlik məsələlərinin sırasında bütün avropalılar üçün ümumi sayılan regional demokratiyanın inkişafının problemləri qaldırılıb. Konqres tərəfindən korrupsiya ilə mübarizə, regionların maliyyə müstəqilliyinin təminatı, hakimiyyət nümayəndələrinin davranış kodeksi və digər mövzulara dair qəbul edilmiş qətnamələri bütün Avropa ölkələrinə regional səviyyədə tətbiq edilməyi tövsiyyə edilib.
35-ci sessiyasının iştirakçıları həmçinin yerli və mərkəzi hakimiyyətlər arasında qanunvericilik səviyyəsində məsləhətləşmələrin möhkəmləndirilməsinə dair qətnamə qəbul ediblər. Büdcənin formalaşdırılmasında yerli özünüidarəetmə orqanlarının iştirakı ərazilərin uğurlu inkişafının tərkib hissəsidir. Məhz bu tələb 1985-ci ildə yerli ozünüidarə haqqında Avropa Xartiyasının icrasına, o cümlədən yerli hakimiyyətlər orqanlarının keyfiyyətli və effektiv fəaliyyətinə aiddir.
Sessiyanın gedişatı zamanı Avropa ölkələrinin nümayəndələri bir sıra ölkələrin yaralı problemlərindən biri olan korrupsiya, yerli özünüidarəetmə orqanlarında korrupsiyanın qarşısının alınması yolları haqqında təqdimat keçirib. Həmçinin gənc nümayəndələr tərəfindən 2018-ci ilə dair layihələrin prezentasiyaları təqdim olunub.
Sessiyanın birinci günü İsveç siyasətçi Andres Knap Konqresin yeni Prezidenti seçilib. Yeni seçilmiş sədr vurğulayıb ki, Konqres yerli demokratiyanı müdafiə etməli olan bir siyasi orqandır. Burada hakimiyyətləri deyil, şəhər və regionların vətəndaşlarını təmsil edirlər.
banner

Oxşar Xəbərlər