Avropa Şurası yeni layihəsini təqdim edəcək
Bakıda Avropa
Şurası ABŞ Dövlət
Departamentinin Beynəlxalq
Narkotik və Hüquq Mühafizə Məsələləri üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən "Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə
dəstək” adlı yeni Layihənin təqdimat konfransını keçirəcək.
Layihənin ümumu məqsədi Azərbaycanda ədliyyə
islahatlarına dəstək vermək və insan hüquqlarının icrasını yaxşılaşdırmaqdır. Layihənin əsas vəzifələri insan hüquqlarının
müdafiəsinə yönəlmiş milli fəaliyyət planlarının hazırlanması və həyata
keçirilməsində Azərbaycana yardım etmək, cinayət qanunvericiliyini Avropa və beynəlxalq
insan hüquqları normalarına uyğunlaşdırmaq, hüquqşünasların və milli qurumların
potensialının artırılmasına dəstək vermək və təlim-tədris tədbirlərini təşkil
etməkdir.
Proqram
31 dekabr 2018-ci ilədək davam edəcək. Layihənin ümumi büdcəsi 400000 ABŞ
dollarıdır. Layihə Avropa Şurasının İnsan Hüquqlarının Milli Səviyyədə İcrası
Bölməsi (DG1) tərəfindən həyata keçirilir.
Xatırladaq ki, təqdimat
14 fevral 2018-ci il tarixdə yerli
vaxtla saat 09:30-da, Bakı şəhəri, Azadlıq prospekti 1B ünvanında yerləşən
Hilton Baku Otelində keçiriləcək. Təqdimat zamanı ingilis-azərbaycan dillərində
sinxron tərcümə təmin ediləcək. Tədbirdə iştirak etmək istəyən media nümayəndələrinin
əvvəlcədən akkreditasiyası tələb olunur. Media akkreditasiyası Avropa Şurasının
Bakıdakı Ofisi vasitəsilə həyata keçirilir. Akkreditasiya üzrə əlaqələndirici şəxs:
Vəfa RÖVŞƏNOVA, [email protected], +994 12599 11
62 və +994 12599 11 63 (daxili 17)