• şənbə, 20 Aprel, 06:00
  • Baku Bakı 14°C

Avropa Şurası yeni layihəsini təqdim edəcək

13.02.18 16:32 1040
Avropa Şurası yeni layihəsini təqdim edəcək
Bakıda Avropa Şurası ABŞ Dövlət Departamentinin Beynəlxalq Narkotik və Hüquq Mühafizə Məsələləri üzrə Bürosu (INL) tərəfindən maliyyələşdirilən "Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək” adlı yeni Layihənin təqdimat konfransını keçirəcək.
Layihənin ümumu məqsədi Azərbaycanda ədliyyə islahatlarına dəstək vermək və insan hüquqlarının icrasını yaxşılaşdırmaqdır. Layihənin əsas vəzifələri insan hüquqlarının müdafiəsinə yönəlmiş milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsində Azərbaycana yardım etmək, cinayət qanunvericiliyini Avropa və beynəlxalq insan hüquqları normalarına uyğunlaşdırmaq, hüquqşünasların və milli qurumların potensialının artırılmasına dəstək vermək və təlim-tədris tədbirlərini təşkil etməkdir.
Proqram 31 dekabr 2018-ci ilədək davam edəcək. Layihənin ümumi büdcəsi 400000 ABŞ dollarıdır. Layihə Avropa Şurasının İnsan Hüquqlarının Milli Səviyyədə İcrası Bölməsi (DG1) tərəfindən həyata keçirilir.
Xatırladaq ki, təqdimat 14 fevral 2018-ci il tarixdə yerli vaxtla saat 09:30-da, Bakı şəhəri, Azadlıq prospekti 1B ünvanında yerləşən Hilton Baku Otelində keçiriləcək. Təqdimat zamanı ingilis-azərbaycan dillərində sinxron tərcümə təmin ediləcək. Tədbirdə iştirak etmək istəyən media nümayəndələrinin əvvəlcədən akkreditasiyası tələb olunur. Media akkreditasiyası Avropa Şurasının Bakıdakı Ofisi vasitəsilə həyata keçirilir. Akkreditasiya üzrə əlaqələndirici şəxs: Vəfa RÖVŞƏNOVA, [email protected], +994 12599 11 62 və +994 12599 11 63 (daxili 17)
banner

Oxşar Xəbərlər