• cümə, 26 Aprel, 23:11
  • Baku Bakı 22°C

"Avropa şirkətləri İrandan getməli olacaq"

24.05.18 10:40 489
"Avropa şirkətləri İrandan getməli olacaq"
"Bir çox Avropa şirkəti ABŞ-ın tətbiq edəcəyi sanksiyalara görə İrandan getməli olacaq".
APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya federal kansleriAngela Merkeldeyib.
Kansler bildirib ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planına hörmətlə yanaşır: "Saziş əlbəttə ki, ideal deyil, amma digər variantlar qeyri-stabildir".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın əvvəlində ölkəsinin İranla imzalanmış nüvə sazişindən çıxdığını və tezliklə İrana qarşı yeni sanksiyalar tətbiq olunacağını açıqlayıb.
banner

Oxşar Xəbərlər