• şənbə, 20 Aprel, 17:02
  • Baku Bakı 23°C

Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb

26.02.17 16:00 879
Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə bağlı müraciət ünvanlanıb
Avronest PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Fuad Muradov Avropa Parlamentinin yeni seçilmiş rəhbərliyinə Xocalı soyqırımı ilə əlaqədar müraciət ünvanlayıb.
AZƏRTACxəbər verir ki, müraciətdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı haqqında məlumat verilir. Bildirilir ki, bu il 25-ci ili tamam olan Xocalı soyqırımı Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində törədilmiş ən böyük qətliamdır. Müraciətdə Azərbaycan ərazilərinin 20 faizinin işğal edildiyi, indiyədək 10-dan çox ölkənin parlamenti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımının insanlıq əleyhinə cinayət kimi tanındığı diqqətə çatdırılır.
Qeyd edilir ki, ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsində yeganə vasitəçi olsa da, məsələnin həlli istiqamətində ciddi irəliləyişlər əldə edilməyib.
Müraciətin sonunda Avropa Parlamentinin rəhbərliyindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilməsi xahiş edilir və bildirilir ki, bu addımın atılması gələcəkdə belə cinayətlərin təkrarlanmamasına zəmin yaradacaq.
banner

Oxşar Xəbərlər