• çərşənbə axşamı, 23 aprel, 20:09
  • Baku Bakı 20°C

Avropa Parlamentinin qiymətləndirməsi qərəzlidir

24.10.13 17:28 1361
Avropa Parlamentinin qiymətləndirməsi qərəzlidir
“Avropa Parlamentinin öz qətnaməsində bu təşkilatın missiyasının deyil, başqa təşkilatın missiyasının reallığı əks etdirməyən, qərəzli qiymətləndirməsinə istinad etməsi təəccüb və heyrət doğurur”. Bu sözləri APA-ya açıqlamasında Avropa Parlamentinin oktyabrın 23-də qəbul etdiyi qətnamənin Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı hissəsinə münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.
O qeyd edib ki, belə bir yanaşma bəzi avropalı parlamentarların Azərbaycana münasibətdə qeyri-obyektiv, qərəzli mövqeyini bir daha nümayiş etdirir: “Xatırlatmaq istərdim ki, daha əvvəl onların həmkarları Avropa Parlamenti adından seçkilərin gedişini müsbət qiymətləndirərək bu seçkiləri azad, ədalətli və şəffaf adlandırıblar”.
Xatırladaq ki, Avropa Parlamentinin Pino Arlakkinin rəhbərlik etdiyi müşahidə missiyası oktyabrın 10-da öz ilkin rəyində Azərbaycandakı prezident seçkilərini müsbət qiymətləndirib.
banner

Oxşar Xəbərlər