AZE | RUS | ENG |

Avropa Parlamentinin qərarına daha bir deputatdan - Etiraz

Avropa Parlamentinin qərarına daha bir deputatdan - Etiraz
"Bu qətnamə qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin bir nəticəsidir”.
Bu sözləri "Qafqazinfo”ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Dünən Avropa Parlamenti tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə”ni şərh edən deputat sözügedən qətnaməni bu qurum daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti anti-Azərbaycan cəhdi adlandırıb:
"Hər zaman ölkəmizə qarşı ikili standartların şahidi oluruq. Burada da məqsəd ölkəmizlə Avropa Birliyi arasındakı mövcud əlaqələrin inkişafına zərbə vurmaqdır. Çünki hazırda Avropa Birliyi ilə aramızda çox konstruktiv danışıqlar gedir və ötən il ərzində də xarici qurumlarla keçirilmiş görüşlərdə yüksək uğurlar əldə olunub. Çox yaxşı əlaqələrin qurulması və gələcəkdə inkişaf etdirilməsi üçün uğurlu addımlar atılıb.
Bundan narahat olan qüvvələr var ki, mütəmadi olaraq Azərbaycan əleyhinə kampaniyalar keçirmək, əlaqələrdəki inkişafın qarşısını almaq üçün müxtəlif tədbirlər görmək istəyirlər. Ancaq istənilən halda onlar öz istəklərinə çatmayacaq. Qətnamədə göstərilən məsələlərdə çox böyük tələsikliyə imza atıblar. İnanıram ki, yaxın günlərdə bu qətnaməyə görə özləri də səhv addım atdıqlarının şahidi olacaqlar”.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916