• çərşənbə, 24 Aprel, 18:00
  • Baku Bakı 27°C

Avropa Parlamentinə seçkilər ərəfəsində intriqa

23.02.19 15:00 462
Avropa Parlamentinə seçkilər ərəfəsində intriqa
Avropa Parlamentinin ən böyük fraksiyasının - Avropa Xalq Partiyasının (AXP) üzvləri Macarıstanın FIDES partiyasını AXP sıralarından çıxarmaq çağırışı ilə çıxış ediblər. Macarıstanın Baş naziri Viktor Orban buna cavab olaraq xəbərdarlıq edib ki, onun partiyası populist və millətçilərlə koalisiyaya daxil olacaq.
"Bizim cənab Orbanla heç bir ortaq nöqtəmiz yoxdur. Əgər o, mənim dəstəklədiyim nə varsa, hamısını rədd edirsə, nə üçün mənim partiyamda qalmalı, süfrəmizin arxasında oturmalıdır. Məncə, Avropa Xalq Partiyasında onun yeri yoxdur”.AZƏRTACxəbər verir ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Ştutqartda çıxışında Macarıstanın Baş naziri barədə məhz bu xoşagəlməz sözləri deyib. Onun fikrincə, macar mühafizəkarları xristian-demokratların dəyərlərini bölüşmürlər.
Avropa Parlamentinin FIDES partiyasından deputatı Tamaş Doyç sosial şəbəkələrdə Avropa Komissiyasının başçısını tənqid edərək yazıb: "Yunker uğursuzluğa düçar olub, onun prezidentliyi dövründə Avropa İttifaqına milyonlarla qeyri-leqal miqrant gəlib, britaniyalılar isə Aİ-ni tərk edib. FIDES Xalq Partiyasının və Avropa dəyərlərinin başlanğıc prinsiplərinə sadiq olmağa davam edir”.
Seçkiqabağı kampaniya qızışır. Avropa sağ mərkəzçiləri Yunkerlə Orbanın necə görüşəcəklərini səbirsizliklə gözləyirlər.
banner

Oxşar Xəbərlər