• cümə axşamı, 25 aprel, 10:26
  • Baku Bakı 14°C

Avropa Parlamentindən Azərbaycana çağırış

12.12.13 16:05 1136
Avropa Parlamentindən Azərbaycana çağırış
Avropa Parlamenti Azərbaycan parlamentini Avronest Parlament Assambleyasında işini dayandırmaq barədə qərarına yenidən baxmağa çağırıb.
APA-nın AP mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə qurumun plenar sessiyasında “Şərq tərəfdaşlığı” ölkələri ilə bağlı qəbul olunan qətnamədə deyilir. Xatırladaq ki, 9 oktyabr prezident seçkiləri Avropa Parlamentində tənqid olunduqdan sonra Azərbaycan Avronest PA-da iştirakını dayandırmışdı.
Avropalı parlamentarlar Azərbaycanda müxalifət fəallarının saxlanması, müstəqil KİV və QHT-lərin sıxışdırılmasından narahatlıqlarını bildiriblər.
Ukraynanın AB ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsini itirilən çox önəmli imkan kimi qiymətləndirən AP üzvləri dinc etiraz aksiyaları keçirən Ukrayna xalqı ilə həmrəy olduqlarını vurğulayıblar və nümayişçilərə güc tətbiqini pisləyiblər. Onlar saxlanılan fəalların buraxılmasını pisləyiblər.
Avropa Parlamenti AB-nin şərq tərəfdaşları ilə assosiasiya sazişi barədə apardığı müzakirələrə Rusiyanın qoşulması barədə təklifləri rədd edib.
banner

Oxşar Xəbərlər