• cümə axşamı, 25 aprel, 13:01
  • Baku Bakı 23°C

Avropa Parlamenti Ukraynaya növbədənkənar seçki tövsiyə etdi

12.12.13 18:15 947
Avropa Parlamenti Ukraynaya növbədənkənar seçki tövsiyə etdi
Avropa Parlamenti Ukrayna hökumətinə öz legitimliyini təsdiqləmək üçün ölkədə növbədənkənar seçkilər keçirməyi tövsiyə edib.
Lent.az-ın “UNİAN” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Parlamentinin Fransanın Strasburq şəhərindəki sessiyasının xüsusi qətnaməsində bildirilir.
“Növbədənkənar seçkilər demokratik ölkə üçün vəziyyətdən münasib çıxış yolu sayılır. Bu zaman hakimiyyət öz legitimliyini təsdiqləməlidir” deyə sənəddə vurğulanır. Bununla belə, parlamentarilər Ali Rada, yoxsa prezident seçkisini nəzərdə tutduqlarını açıqlamayıb.
Qeyd edək ki, Ukraynada növbəti prezident seçkisi 2015-ci ilin əvvəllərində, Ali Radaya seçki isə 2017-ci ilin payızında keçirilməlidir.
banner

Oxşar Xəbərlər