• cümə axşamı, 25 aprel, 17:16
  • Baku Bakı 23°C

Avropa Parlamenti Türkiyə ilə üzvlük danışıqlarını dondurdu

25.11.16 13:01 1010
Avropa Parlamenti Türkiyə ilə üzvlük danışıqlarını dondurdu
Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər kritik həddə çatıb. Türkiyəyə qarşı ikili standartlardan çıxış edən, uzun illər üzvlüklə bağlı yalan vədlər verən Qərb indi ona qarşı sanksiyalar məsələsini gündəmə gətirib. Məsələ ondadır ki, rəsmi Ankara PKK terror təşkilatının siyasi qanadı kimi tanınan Xalqların Demokratiyası Partiyasının (HDP) liderləri, millət vəkilləri barədə həbs qərarı qəbul edib. Həmin şəxslərin isə separatçılarla əlaqədə olduğu barədə çoxsaylı faktlar var. İllər uzunu türk insanının qanına susayan, onu qanına qəltan edən təşkilatın fəaliyyətinə göz yuman Aİ dərhal bu həbsləri pisləyib.
Dünən də növbəti qərəzli addım atılıb. Belə ki, Avropa Parlamentinin deputatları Türkiyə ilə üzvlük danışıqlarının dayandırılmasına səs verib. Söhbət 15 iyul qiyam cəhdindən sonra ölkədə gedən kütləvi həbslər və təqiblərdən gedir. Qəbul edilən tövsiyə xarakterli qətnamə Türkiyə ilə üzvlük danışıqlarını müvəqqəti dondurmağa çağırır. Qətnamə layihəsini Avropa Parlamentindəki ən iri fraksiyalar təklif edib.
Onu da qeyd edək ki, Avropa Parlamentindəkeçirilən səsvermədən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: "Nəticə nə olarsa-olsun, bizim üçün heç bir dəyəri yoxdur. 15 iyul gecəsi demokratiya və azadlığıcanları bahasınaqoruyan millətin iradəsi heç bir ölçüyə sığmaz” deyib. Fәtullahçı Terror Təşkilatının dövlət çevrilişinə cəhd etdiyi 15 iyul gecəsi böyük qurbanlar verən türk millətinin Qərb tərəfindən insafsız tənqidlərə, haqsız ittihamlaraməruz qaldığına diqqətçəkən dövlət başçısı ikili standartınvəikiüzlü mövqeyin hələ də davam etdiyini söyləyib.
"Türkiyə və Aİ arasında əməkdaşlığın artırılmasına ehtiyac var”, - deyən ƏrdoğanTürkiyəninAİ-nındəyərlərinə bir sıra Avropa ölkəsindən daha çox sahib çıxdığını,bu günədək bunu dəfələrlə nümayiş etdirdiyiniqeyd edib. "Ancaq Qərb tərəfdaşlarımızdan xoş sözlərdən savayı konkret dəstəkgörmədik,əksinə, öhdəliklərin heç biri həyatakeçirilmədi, verilən sözlər yerinə yetirilmәdi” - deyə fikrini tamamlayıb.
Öz növbəsində, Avropa Parlamentinin (AP) Türkiyə üzrə məruzəçisi Kati Piri səsverməyə çıxarılan mətndə "Türkiyə ilə üzvlük müzakirələrinin müvəqqəti olaraq dondurulmasının” tövsiyə edildiyini bildirib. Piri, "Aİ-nin mövcud şərtlər altında üzvlük müzakirələrinə davam etməsi üçün lazımi etibarlılığın artıq olmadığını düşünürəm. Heç bir şey olmamış kimi yolumuza davam edə bilmərik” deyib. Aİ xüsusilə 15 iyul dövlət çevrilişinə cəhddən sonra təxminən 150 min nəfərin həbs olunması, nəzarətə alınması və ya işdən çıxarılması səbəbi ilə Türkiyəni sərt tənqid edib. Aİ Komissiyası açıqladığı hesabatında məhkəmə müstəqilliyi, ifadə və mətbuat azadlığı sahələrində ciddi geriləmə olduğuna diqqət çəkib: "Biz populizm etmirik. Bu tövsiyə qərarını irəli sürənlər həddindən artıq sağçı siyasətçilər deyil. Avropa Parlamentində səkkiz siyasi qrup var və hər keçən gün Türkiyədə vəziyyətin pisə getməsində həmfikirdirlər. Həmçinin 142 jurnalist həbs edilərkən və 10 deputat saxlanılarkən biz Türkiyə hökuməti ilə necə eyni masada otura və Aİ-yə inteqrasiyadan danışa bilərik? Bu prosesin mötəbərliyi qalmayıb. Bunu Türkiyə Cümhuriyyəti vətəndaşları da bilir, Aİ vətəndaşları da. Artıq Aİ-nin iştirak prosesinin mötəbərliyi risk altındadır. Biz Türkiyəyə qapılarımızı bağlamalıyıq demirik, amma Türkiyə hökumətinin öz hərəkətləri ilə Aİ-nin üzünə qapını örtdüyünü söyləyirik. Üzvlük müzakirələrinə davam etməyimiz üçün Türkiyənin normallaşması lazımdır. Bunun üçün də açar Türkiyənin əlindədir, Avropa Parlamentinin deyil”.
Avropa Parlamentinin qərarlarının digər Aİ qurumları ilə əlaqələrə təsir edəcəyi isə gözlənilmir. Yəni Avropa Parlamentinin üzvlük müzakirələrini təxirə salmaq istiqamətində səs verməsi - müzakirələrin təxirə salınacağı anlamına gəlmir. Çünki üzvlük müzakirələrinin dayandırılması və ya dondurulması qərarını üzv ölkələrin dövlət və hökumət başçılarından ibarət olan Aİ Şurası verə bilər.
Yeri gəlmişkən, türkiyəli siyasi təhlilçi Cengiz Aktara görə, edam cəzası bərpa edilməzsə, Aİ Şurasında Türkiyənin üzvlük müzakirələrinin təxirə salınması ehtimalı çox azdır. Aktar, həmçinin onu da deyir ki, əvəzində Avropa Parlamentinin qərarının əhəmiyyətli siyasi təsirləri ola bilər: "Üzv ölkələr Avropa Parlamentinin qətnaməsinə məhəl qoymaya bilməzlər. Açıq olan 15 fəsildə müzakirələr onsuz da getmir. Yeni fəsil da açmayacaqlar. Yəni bu, faktiki olaraq danışıqların bitməsi deməkdir”. Türkiyə 1987-ci ildə, həmin vaxt adı Avropa İqtisadi Təşkilatı olan Aİ-yə üzvlük üçün müraciət edib, üzvlük danışıqlarına isə 2005-ci ildə başlanılıb. 10 ildən çox davam edən üzvlük müzakirələri çərçivəsində 35 fəsildən yalnız 16-sı barədə görüşlər baş tutub və yalnız bir fəsil tamamlanıb.
Özü də prezident Ərdoğan bir qədər əvvəl Aİ-Türkiyə müzakirələrində irəliləmə əldə edilməsi üçün bu ilin sonunadək gözləyəcəklərini və gələn il Aİ-yə üzvlük məsələsinin referendum səsverməsinə çıxarılacağını bildirib. Cengiz Aktar hazırkı vəziyyəti belə izah edir: "İş çoxdan bitib, artıq adını qoymaq lazımdır. Aİ-də belə bir şey qəbul olunub: Ankaranın hərəkətləri Aİ-nin genişlənmə siyasətinə zərər verir. Türkiyə Kopenhagen siyasi meyarlarına uyğun bir ölkə deyil. Belə bir ölkənin müzakirələrə davam etməsi mümkün deyil”.
Bəs Türkiyə üçün Aİ-nin qarşısında başqa bir alternativ varmı? Brüsseldə yerləşən Avropa Demokratiya Təşkilatının nümayəndəsi Demir Murat Seyrek deyir ki, Türkiyə üçün Aİ-nin qarşısında başqa bir alternativ yoxdur: "Aİ-nin müəyyən standartları var: insan haqları, demokratiya, qadın haqları, fərdi azadlıqlar məsələləri və s. Strateji olaraq təbii ki, başqa alternativlər də ola bilər. Amma mən Rusiyanı, Çini, digər Orta Asiya ölkələrini Avropa İttifaqının alternativi olaraq görmürəm. Bu bəlkə Qərb dünyası ilə münasibətlərin alternativi ola bilər, NATO-nun alternativi ola bilər, amma Aİ-nin Türkiyə üçün bir alternativi yoxdur”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər