• şənbə, 20 Aprel, 13:56
  • Baku Bakı 23°C

“Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır”

03.12.14 12:02 936
“Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır”
Prezident İlham Əliyev: “Bu, multikulturalizm, sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi baxımından müdrik qərarlardan biridir”
“Avropa Oyunları yetərincə miqyaslı olacaq. Biz idmanın 20 növündə yarışacaq 6 mindən çox idmançı gözləyirik. Ümumiyyətlə, bu, Yay Olimpiya Oyunları ilə müqayisə edilə bilər. Biz daha çox idmançı və idmanın daha çox növünü qəbul edə bilərdik. Lakin müəyyən edildi ki, bu miqdar kifayətdir. Əsas çətinliyimiz ondan ibarət idi ki, hazırlıq üçün vaxt çox az idi – cəmi iki il yarım. Lakin biz vaxtı hədər yerə itirmədik”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev “Rossiya-24” informasiya telekanalına müsahibəsində deyib.
Dövlət başçısı ölkədə idman obyektlərinin tikildiyi və yeni nəqliyyat infrastrukturunun yaradıldığını bildirib. “Biz çox şadıq ki, Avropa Olimpiya Komitəsi bu hüququ Azərbaycana etibar etdi. Avropa Oyunları heç vaxt keçirilməyib. Lap əvvəldən, Oyunların Bakıda keçiriləcəyi haqda qərar qəbul edilən vaxtdan biz bu Oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi qərara aldıq. Bu, böyük Avropa bayramı olacaq”.
Azərbaycan prezidenti qeyd edib ki, Avropa Oyunlarının müsəlman ölkəsində keçirilməsi müdrik qərardır. “Bu, multikulturalizm, sivilizasiyaların və mədəniyyətlərin qarşılıqlı nüfuz etməsi baxımından müdrik qərarlardan biridir. 2017-ci ildə isə Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək. Yəni, iki il ərzində Azərbaycan həm Avropanı, həm də islam dünyasını, arada isə “Formula-1” yarışlarını qəbul edəcək”, - deyə dövlət başçısı vurğulayıb.
banner

Oxşar Xəbərlər