• cümə axşamı, 18 aprel, 14:00
  • Baku Bakı 22°C

Avropa Oyunlarına 1 il qalması münasibətilə möhtəşəm gecə - Bakıda

12.06.14 08:03 1011
Avropa Oyunlarına 1 il qalması münasibətilə möhtəşəm gecə - Bakıda
Bakı Bulvarında Azərbaycanın tarixi oyunlara ev sahibliyi etməsi münasibəti ilə keçirilən tədbirdə paytaxt sakinləri iştirak ediblər.
Gecədə su üzərində lazer şou göstərilib. Eyni zamanda paytaxt sakinlərinin və şəhərimizin qonaqları üçün açıq hava altında diskotekta təşkil olunub.
Təşkilatçılardan APA TV-yə bildirilib ki, Bakı Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən oyunlara qədər bu tipli tədbirlər keçiriləcək. Avropa Oyunları 19 idman növü üzrə olmaqla, 20 müxtəlif idman obyektlərində 320-dən artıq idman sessiyaları baş tutmaqla 2015-ci ilin 12 iyun tarixindən 28 iyun tarixinə kimi davam edəcək.
Oyunlar Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Tofiq Bəhramov adına Respublika Stadionu, “Baku Crystal Hall”, “Sərhədçi” İdman Kompleksi, Əl Oyunları Sarayı, 8-ci Kilometr stadionu, Bakı Atçılıq Mərkəzi, Bakı Ekspo Mərkəzində, Su İdman Növləri Mərkəzi və Gimnastika Kompleksində keçiriləcək. Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin Bakıda, Böyükşor gölünün yaxınlığında inşa olunan 65 min yerlik Olimpiya Stadionunda təşkil olunacaq.
Tədbirində sonunda möhtəşəm atəşfəşanlıq olub.
banner

Oxşar Xəbərlər