• cümə axşamı, 25 aprel, 11:20
  • Baku Bakı 14°C

Avropa Oyunları: sosial mediada da qələbə bizimdir!

16.06.15 10:16 1570
Avropa Oyunları: sosial mediada da qələbə bizimdir!
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar ölkəmizə qarşı bəzi qərb kütləvi informasiya vasitələri tərəfindən aparılan qarayaxma kampaniyası sosial şəbəkələrdən də yan keçməyib. Ənənəvi media oxucularının əsassız və yorucu ittihamları təkrar-təkrar oxumaqdan bezdiyini görən anti-Azərbaycan dairələri sosial şəbəkələrə üz tutublar.
Təsadüfi deyil ki, Oyunların başlanmasına bir neçə gün qalmış İFEX- (Sərbəst özünü ifadənin müdafiəçisi və təşviqçisi üzrə qlobal şəbəkə) adlı təşkilat bəyanatla çıxış edərək, Avropa Oyunlarının açılışı günü #Baku2015 həştəqini “ələ keçirmək” və bu həştəq altında neqativ məlumatlar yaymağa çağırış etmişdi.
Dünya erməni lobbi şəbəkəsi dərhal bu prosesə qoşuldu. Xatırladaq ki, hələ oyunların başlamasına cəmi bir neçə gün qalmış Amerika Erməni Milli Komitəsinin radikal daşnak sədri Aram Hampariyan da sosial şəbəkələrdə Avropa Oyunlarının baykotuna çağırış etmişdi.
Sosial şəbəkələrdə ölkəyə qarşı “cəbhə”nin açılması bütün vətənpərvər qüvvələri səylərini birləşdirməyə vadar etdi, bir çox yerli KİV-lər jurnalistlərə və oxuculara müraciət edərək hamını bu virtual diversiyaya qarşı aktiv olmağa çağırdı. Nəticədə, anti-Azərbaycan şəbəkəsi və dünya erməni lobbisi tərəfindən açılan saxta profillər, Azərbaycana qarşı sosial şəbəkələrdə açılan kampaniya arzuolunan nəticəni vermədi. Oyunların açılışı günü anti-Azərbaycan dəstələrin sosial şəbəkələrdə üstünlüyü ələ almasına imkan verilmədi. #Baku2015, #EuropeanGames, #RealBaku və digər həştəqlər altında sosial şəbəkələrdə axtarış aparıldıqda, Azərbaycan və Avropa Oyunları haqqında əsl həqiqəti əks etdirən pozitiv xəbərlər mütləq üstünlük təşkil edir. Yalnız #Bakı2015 həştəqi adı altında ingilis dilində 5000-dən çox müxtəlif tvit paylaşılıb.
Artıq təşvişə düşən anti-Azərbaycan qüvvələri və onun sosial şəbəkələr üzrə eksperti Ketti Piars öz tvitter profilində cədvəl formasında yaydığı xəbərdə də öz məğlubiyyətlərini etiraf edir. Azərbaycana qarşı kampaniyanın uğurlu alınmadığını etiraf edən Piarsın hazırladığı cədvəldən görünür ki, #Bakı2015 həştəqini “oğurlamaq” cəhdi baş tutmayıb.

banner

Oxşar Xəbərlər