• şənbə, 20 Aprel, 06:17
  • Baku Bakı 14°C

Avropa nəhənglərinə “Qalatasaray“ sürprizi

28.05.13 10:53 1697
Avropa nəhənglərinə “Qalatasaray“ sürprizi
“Qalatasaray” bu ilin sürpriz komandası seçildi.
Milli.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2012/2013 mövsümünün ən yaxşıları bunlardır:
“Qalatasaray” – bu ilin sürpriz komandası
“Bavariya” – ilin ən yaxşı komandası
İlin ən yaxşı baş məşqçisi: Yurgen Klopp (“Borussiya” Dortmund)
İlin ən yaxşı qolu: Filippe Mekses (Çempionlar Liqasının 5-ci turunda "Anderlext”ə vurmuşdu - 3:1)
İlin ən yaxşı bitiriş oyunu: "Bavariya” - “Barselona” qarşılaşması (4:0, 3:0)
İlin ən gözəl anı: Çempionlar Liqasında “Dinamo” Kiyevə qarşı oyunda son dəqiqədə penalti qazanıb onu qola çevirən “Dinamo” Zaqrebin oyunçusu İvan Krıstanoviç komandasının Çempionlar Liqasındakı çıxışını qolsuz başa vurmasına imkan vermədi.
Ən yadda qalan rəqəm: Çempionlar Liqasında “Real” Madridin portuqaliyalı ulduzu Kriştianu Ronaldu yarımfinalda məğlub olduğu “Borussiya” Dortmunda Çempionlar Liqası karyerasında 50-ci qolunu vurdu.
Ən yadda qalan sitat: Skott Broun (“Seltik”): "Bəli, biz hər oyundan əvvəl “Cəsur ürək” filminə baxırıq, şotland yubkalarımızı geyinərək rəqs edirik”.
banner

Oxşar Xəbərlər