• cümə, 19 Aprel, 02:21
  • Baku Bakı 18°C

Avropa Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasına baxır

14.03.14 09:23 1104
Avropa Məhkəməsi Ukraynanın Rusiyaya qarşı iddiasına baxır
Avropa İnsan Haqları Məhkəməsi Ukraynanın Rusiyaya qarşı qaldırdığı iddianı icraata götürüb və öz reqlamentinin 39-cu maddəsinə əsasən bu ölkəyə qarşı müvəqqəti tədbirlər tətbiq edib. Bu tədbirlərə əsasən Avropa İnsan Haqları Konvensiyasının pozulmasına yol verməmək üçün Rusiya Ukrayna ərazisində Ukrayna vətəndaşlarına qarşı istənilən hərbi fəaliyyətlərdən və güc tətbiqindən çəkinməlidir. APA-nın “Censor.net” saytına istinadən yaydığı xəbərə görə, bu barədə Ukraynanın ədliyyə naziri Pavel Petrenko açıqlama verib.
Nazir bu faktın Ukraynanın beynəlxalq məhkəmə instansiyalarında kiçik qələbəsi olduğunu söyləyib: “İndi təkcə dünya siyasəti deyil, beynəlxalq məhkəmə qurumları da Ukrayna ərazisində Rusiya tərəfindən təməl insan haqlarının pozulduğunu təsdiqləyirlər. Bu cür qərarlar çox önəmlidir, çünki Ukraynaya qarşı hərbi təcavüz əmri verən rəhbərlər nə vaxtsa öz vəzifələrindən gedəcəklər, lakin beynəlxalq qanunvericiliyə əsasən belə qərarlar zaman məhdudiyyəti olmadan həmin şəxsləri məsuliyyətə cəlb etməyə zəmin yaradır. AİHM maksimal qısa bir müddətdə qərar qəbul edib. Biz nahar vaxtı müraciət etdik, artıq axşam məhkəmə öz saytında bu qərarı açıqladı. Bizimlə birlikdə fövqəladə dar bir zaman çərçivəsində bu müraciətin hazırlanmasında iştirak edən vəkillər və beynəlxalq hüquqşünaslar qrupuna təşəkkür edirəm”.
banner

Oxşar Xəbərlər