• cümə, 26 Aprel, 11:14
  • Baku Bakı 12°C

Avropa media məkanının problemləri müzakirə edilib

08.06.18 14:59 553
Avropa media məkanının problemləri müzakirə edilib
Portuqaliyanın paytaxtı Lissabonşəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ)illik toplantısı keçirilib. 05-06 iyuntarixlərində keçirilən və40ölkədənEFJ-yə üzv təşkilatlarınqatıldıqları toplantıdaAzərbaycandanAFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.

JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncəAvropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb vəAFJ prezidentiMogens Blicher Bjerregårdın bu yöndəməruzəsi dinlənilib. AFJ prezidenti özməruzəsindəAvropadamedia azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlığınıqeyd edib.

Moqan Bliçerbu kontekstdə ilk öncə Avropada ictimai yayımla bağlı yaranmış duruma toxunub. Bildirib ki, Polşada ictimai yayımla bağlı yaranan neqativ tendensiya, yəni, qanunlaraictimai yayım sektoruna hökumətin geniş müdaxiləsinə şərait yaradan maddələrin artırılması ilə başlanan proseslər sonradan digər ölkələrdə də önə çıxıb. Bu proses Macarıstanda təkrarlanıb. İndi də Avstriyada ictimai yayım sektoru ciddi təhlükə ilə üzləşib. İctimai yayım sektoru maliyyə problemi ilə rastlaşıb. Hökumət onlara bu durumdan çıxmaqda yardım etmək əvəzinə, yaranmış durumdan faydalanıb ictimai yayım sektoruna hökumətin müdaxiləsi üçün şərait yaradanşərtlər hazırlayıb və bu şərtləri qəbul etdirmək istəyir. Yaranmış tendensiya genişlənməkdə, Avropa ölkələrində ard-arda yayılmaqdadır.

AFJ prezidenti bildirib ki, Avropada geniş tendensiyaya çevrilən "ictimai yayım haqqında qanunlara müdaxilə, onların pisə doğru dəyişdirilməsi” prosesi dərhal dayandırılmalıdır: "İctimai yayım sektorunun maliyyə problemlərihəll edilməlidir;hökumətlərin ictimai yayım sektoruna geniş müdaxiləsinə yol verən qanunların qəbulu dayandırılmalıdır”.

Toplantı adındanAvstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media işləri üzrə naziriGernot Blümelə ünvanlanmışmüraciət qəbul edilib. Müraciətin mətnində Avstriya hökumətindən ictimai yayımla bağlı problemlərin dərhal aradan qaldırılması, ictimai yayım qanununa müdaxilənin dayandırılması istənilib.
Eyni zamanda,Avropa jurnalist təşkilatlarına müraciət qəbul edilib ki, Avstriyalı həmkarları ilə həmrəylik nümayiş etdirilsin: "Həmrəy olmasaq, prosesin qarşısını ala bilməsək, Avropada ictimai yayım anlayışı tezliklə sıradan çıxacaq”

Toplantıda daha sonra Avropa məkanındajurnalistlərin təhlükəsizliyi və əmək şəraitlərimüzakirəyə çıxarılıb.

AFJ prezidenti bildirib ki, əmək şərtləri və təhlükəsizlik baxımından daAvropa məkanındadurum pisləşməkdə davam edir. Əksər ölkələrdəmedia,əmək, təhlükəsizlik sahəsində qəbul edilənqanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilir.
Moqan Bliçerçıxışında xüsusi vurğulayıb ki, son illərdə"əmək qanunlarına və media yayımını tənzimləyən qanunlaraedilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir”.

O, Avropa məkanında "kollektiv sövdələşmələr” mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasınınzəruri olduğunu önə çəkib. Bu sıradaxüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinəedilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Toplantı adından media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.

Jurnalistlərə qarşı təhdidlərin, hədələrin, izləmələrin artması, həbslərin çoxalması ilə yanaşı ölüm hallarında da xüsusi artım qeydə alınıb. Rusiya, Türkiyə ilə yanaşı Ukraynada da bu yöndə statistikanın artması, xüsusi narahatlıq yaradıb. Ən ciddi problem isə cəzasızlıqla bağlıdır: "Jurnalist qətlləri, təhdidlər artmaqda, buna görə cəza alanların sayı isə azalmaqdadır. Jurnalistlərə qarşı törədilmişcinayətlər açılmamış qalır, kimsə buna görə cəzalandırılmır”.

Toplantıda Avropa dövlət və hakimiyyət təmsilçilərinə müraciət qəbul edilib: "Diqqətə almaq lazımdır ki, medianın imkanları sıxışdıqca, o öz yerinidaha çox"yalan xəbər”və” nifrət dolu çıxışlar”la dolu olan sosial şəbəkələrəverir. Bu isə hər kəs üçün zərərlidir, təhlükəlidir. Medianın imkanlarının məhdudlaşdırılmasına yönəlik hər növ fəaliyyətlər dərhal dayandırılmalıdır; medianın imkanlarının artırılması üçün fəaliyyətlər başladılmalıdır”.
Toplantıdainternetin inkişafı ilə əlaqədar olaraq ortaya çıxan problemlər dəqeyd edilib: "İnternetin sürətli inkişafı müəllif hüquqlarının qorunmasını çətinləşdirir, xəbər istehsalı zamanıetik standartın qorunması sahəsində problemləri artırır. Bu problemlərin qarşısını almaq üçün qəbul edilən qanunlar isə, bəzən əlavə problemlərə, ifadə azadlığının məhdudlaşdırılmasına yol açır”.

AFJ və İFJ-yəmövzu üzrə müvafiq təşəbbüslər hazırlamaq prosesini sürətləndirilməsi, müəllif hüquqlarını araşdıran komissiyalarının fəaliyyətinin gücləndirilməsi tövsiyə edilib.



banner

Oxşar Xəbərlər