• cümə, 29 Mart, 18:47
  • Baku Bakı 14°C

Avropa ölkələri İran təyyarələrinə yanacaq verməkdən imtina edirlər

18.12.18 14:37 349
Avropa ölkələri İran təyyarələrinə yanacaq verməkdən imtina edirlər
Türkiyə və Livandan əlavə, əksər Avropa ölkələri də İran təyyarələrinə yanacaq verməkdən çəkinirlər.
Trend-in məlumatıan görə, bunu İranın yol və şəhərsalma nazirinn müavini və Sivil Aviasiya Təşkilatının sədri Əli Abidzadə deyib.
Onun sözlərinə görə, son aylarda aviasiya sənayesində iki önəmli hadisə baş verib: "Birincisi valyutanın mərhələli şəkildə bahalaşması və təyyarə şirkətlərinin istifadə etdiyi valyutanın ikiqat artması, ikincisi isə ABŞ hökumətinin sanksiyaları sərtləşdirməsidir. Bu iki hadisə aviasiya sənayesinə təsir göstərmişdir".
Abidzadə əlavə edib ki, İranın Sivil Aviasiya Təşkilatında hazırkı şəraitin qorunması və bu sənayenin inkişaf etdirilməsinə səy göstərilir: "İran qabaqlar da sanksiyalar şəraitind olmuşdur. Lakin bu dəfəki sanksiyalarda aviasiya sənayesi ekspertlərinin biliyi və bacarığı öncəki sanksiyalarla müqayisədə daha yüksəkdir. Xarici ölkələrin təyyarələri, o cümlədən ABŞ təyyarələrinin eniş-uçuş etməsi üçün heç bir məhdudiyyətimiz yoxdur. İranın Sivil Aviyasiya Təşkilatının baxışınca bütün təyyarələr aeroportlarımıza eniş və uçuş edə bilərlər. Sadəcə İsrailə aid təyyarələrə məhdudiyyət vardır”.
Nazir müavini əlavə edib: "Parlamentin qərarına əsasən təyyarənin maksimum yaşı 15 il olmalıdır. Lakin aviasiya sənayesinin 35-36 il yaxşı idarə olunmaması və qiymətlərin bu sənayeyə təzyiqlər göstərdiyinə görə, bu qərar hələlik icra olunmayıb".
Abidzadənin sözlərinə görə, bir tərəfdən ötən aylarda valyutanın 2,5 dəfə artması, digər tərəfdən hava yolları şirkətlərinin valyuta xərcinin yuxarı olması biletlərin qiymətinin artmasına səbəb oldu: "Lakin gələn bir neçə ayda biletlərin qiymətlərində azalma olacaqdır".
Abidzadə hava yolları şirkətinin lisenziyası haqda bunları qeyd edib: "Əvvəllər hava yolları şirkətini baha qiymətə satır, şirkətin təsis olunması üçün prinsipial lisenziyanı aldıqdan sonra, bu lisenziya 30-40 milyard riala satılır və şirkət də yaradılmırdı. Lakin hal-hazırda prinsipial lisenziya investorun təyyarəni satın aldığı halda verilir".
banner

Oxşar Xəbərlər