• cümə axşamı, 28 mart, 17:40
  • Baku Bakı 16°C

Avropa Liqasının püşkü: Delarj və “Qarabağ” çətin “E” qrupunda

05.09.18 16:23 726
Avropa Liqasının püşkü: Delarj və “Qarabağ” çətin “E” qrupunda
ADIAC-CONGO,Konqo
05.09.2018
Müəllif: Kamil Dölurm
UEFA Avropa Liqasının 2019-cu il mövsümünün püşkü Con Delarjlı "Qarabağ” üçün heç də ürəkaçan olmayıb. "E” qrupunda mübarizə aparacaq Azərbaycan çempionunun bəxtinə İngiltərənin "Arsenal”, Portuqaliyanın "Sportinq” və Ukraynanın "Vorskla Poltava” klubları düşüb.
Azərbaycan klubu turnirə sentyabrın 20-də Lissabon səfərilə başlayacaq. Doğrudur, "Sportinq” son dövrlərdə üzləşmədiyi dərin böhrandan çıxıb. Lakin klubun əsas heyətinin bir neçə üzvü (Rui Patrisiom, Vilyam Karvalyo və Gelson Martins) azarkeşlərlə münaqişə üzündən komandadan ayrılıb. Bu il Portuqaliya təmsilçisi heyətindəki Nani, Jeremi Matyö və hollandiyalı hücumçusu Bas Dost (2016-cı ildə kluba gəldikdən sonra 71 matçda 66 qol vurub) kimi futbolçuların təcrübəsinə arxalana bilər.
"Sportinq” milli çempionatda arxada qalmış 3 turdan sonra 3-cü pillədə qərarlaşıb. Onun "Qarabağ”la cavab qarşılaşması noyabrın 29-da keçiriləcək.
Daha sonra "Qarabağ” oktyabrın 4-də "Arsenal”ı qəbul edəcək. Əfsanəvi Arsen Vengerin gedişindən və Unay Emerinin komandanın sükanı arxasına keçməsindən sonra londonlular mövsümə uğursuz başlayıb. Komanda Premyer Liqada 3 turda cəmi 3 xal toplayıb. Bununla belə, Obameyanq, Lakazet, Özil, Mxitaryan və Çex kimi oyunçuları olan komandanın mübarizəni qrup mərhələsində dayandıracağı inandırıcı görünmür. Bununla yanaşı, Delarj və komanda yoldaşları növbəti mərhələyə yüksəlmək şansını dekabrın 13-də Londonun "Emireyts” stadionunda keçiriləcək matça saxlamamaq üçün, ilk növbədə, "Arsenal”dan öz meydanında xal almağa çalışmalıdırlar.
Qalır qrupun sirli komandası "Vorskla Poltava”. Ukraynalılar 2018-ci ildə milli çempionatda üçüncü olmaqla, avrokuboklara vəsiqə qazanıb. Tarixində Avropa səviyyəli turnirlərdə ikinci dəfə çıxış edəcək komandanın heyəti demək olar ki, yerli futbolçulardan təşkil olunub.
"Vorskla” ilə qarşılaşmalar (oktyabrın 25-də Bakıda və noyabrın 8-də Poltavada) "Qarabağ” üçün həlledici də ola bilər. Ukraynalıları aşağılamaq istəmirik, amma Con Delarjın komandası bu rəqiblə qarşılaşmalarda mümkün olan bütün xalları qazanmasa, bu, yarışdan çıxa bilər.
Con Delarj: "Doğrudur, püşkün nəticəsi çətin oldu. Biz qrupun autsayderi hesab olunuruq. Amma bu, mənə "Osmanlıspor”un formasını geydiyim dövrü xatırladır. O zaman "Villareal”, "Styaua” və "Sürix”lə eyni qrupa düşmüşdük. Buna baxmayaraq, böyük sürpriz edərək, qrup birincisi olmağı bacarmışdıq. Bəli, əvvəldən heç nə demək olmaz. Şansımızdan maksimum istifadə etməliyik. Mən autsayder mövqeyini sevirəm”.
Fransız dilindən tərcümə - WorldMedia.Az
banner

Oxşar Xəbərlər