• çərşənbə axşamı, 19 mart, 14:48
  • Baku Bakı 8°C

Avropa Liqasında həftənin ən yaxşısı açıqlandı

23.02.18 21:13 763
Avropa Liqasında həftənin ən yaxşısı açıqlandı
Avropa Liqasının (AL) 1/16 final mərhələsində cavab matçlarının ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, UEFA-nın apardığı səsvermənin qalibi "Latsio”nun hücumçusu Çiro İmmobile olub.

"Styaua” ilə qarşılaşmada (5:1) het-trikə imza atan İmmobile oyunla yanaşı, həftənin qəhrəmanı seçilib. Azarkeşlər arasında aparılan sorğunun qalibi olan forvard 49% səs toplayıb.

Onu "Milan”ın hücumçusu Fabio Borini (32%) və "Atletiko”nun forvardı Kevin Qameyro (15%) izləyib.
banner

Oxşar Xəbərlər