• çərşənbə axşamı, 19 mart, 12:16
  • Baku Bakı 8°C

Avropa Liqasında 1/8 final cütləri müəyyənləşdi

23.02.18 17:35 755
Avropa Liqasında 1/8 final cütləri müəyyənləşdi
Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 1/16 final səddini adlayan komandalar İsveçrənin Nyon şəhərindəki tədbirdə 8 cütlük təşkil edib.

UEFA-nın mənzil-qərargahındakı mərasimdə kor püşkə üstünlük verilib. İştirakçılar eyni ölkəni təmsil etmələrindən və reytinqindən asılı olmayaraq bir səbətdən çıxarılıb.

Rusiyadan 3, İspaniya, İtaliya, Almaniya və Fransanın hərəsindən 2 klubun mübarizə aparacağı raundda Ukrayna, Çexiya, Portuqaliya, Avstriya, İngiltərənin 1 komandası oynayacaq. 1/8 final mərhələsinin ilk oyunları martın 8-də, cavab qarşılaşmaları 15-də baş tutacaq.

Avropa Liqası
1/8 final

"Latsio" (İtaliya) - "Dinamo" (Ukrayna)
"Leypsiq" (Almaniya) - "Zenit" (Rusiya)
"Atletiko" (İspaniya) - "Lokomotiv" (Rusiya)
MOİK (Rusiya) - "Lion" (Fransa)
"Marsel" (Fransa) - "Atletik" (İspaniya)
"Sportinq" (Portuqaliya) - "Viktoriya" (Çexiya)
"Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)
"Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)
banner

Oxşar Xəbərlər