• şənbə, 20 Aprel, 00:51
  • Baku Bakı 15°C

“Qarabağ” “Höteborq”u darmadağın edərək qrup mərhələsinə yüksəlib

25.08.16 22:43 1232
“Qarabağ” “Höteborq”u darmadağın edərək qrup mərhələsinə yüksəlib
Azərbaycan çempionu "Qarabağ” Avropa Liqasında qrup mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab matçları keçirilir.

Ağdamlılar səfərdə minimal hesabla məğlub olduqları "Höteborq”la bu dəfə Bakıda üz-üzə gəlib.

Qurban Qurbanovun yetirmələri ardıcıl iki il əldə etdikləri uğuru bu dəfə də təkrarlayıblar. Son iki mövsümdə olduğu kimi bu dəfə Çempionlar Liqasının III təsnifat mərhələsində dayanan və mübarizəni ikinci dərəcəli turnirdə davam etdirən "Qarabağ” rəqib komandanı 3:0 hesabla darmadağın edib. Oyunun 18-ci dəqiqəsində "Qarabağın” kapitanı Rəşad Sadıqov künc zərbəsindən hesabı açıb. Qarşılaşmanın 26-cı dəqiqəsində komandanın yarımmüdafiəçisi Muarem Muarem rəqibin qapısına ikinci qolu vurub. "Qarabağ”-"Höteborq” qarşılaşmasının 51-ci dəqiqəsindəAğdamklubunun oyunçusu Dani Quintana rəqibin qapısından üçüncü qolu keçirib.

Qeyd edək ki, "Qarabağ” Avropa Liqasında özünün 20-ci, Azərbaycan klublarının isə 50-ci qalibiyyətinin müəllifi olub.

Avropa Liqası
Pley-off, cavab oyunu
25 avqust

"Qarabağ” – "Höteborq” (İsveç) - 3:0
Qollar: Rəşad Sadıqov, 19, Muarem Muarem, 26, Dani, 51

Baş hakim: Vladislav Bezborodov
Bakı. T. Bəhramov adına Respublika stadionu
banner

Oxşar Xəbərlər