• cümə, 19 Aprel, 08:13
  • Baku Bakı 13°C

Avropa Komissiyası üç ölkənin dəstəyinin davam edəcəyinə ümidvardır

20.06.18 10:45 470
Avropa Komissiyası üç ölkənin dəstəyinin davam edəcəyinə ümidvardır
Avropa Komissiyası Transadriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasına İtaliya, Yunanıstan və Albaniyanın dəstəyinin davam edəcəyinə ümidvardır.
Bunu Trend-ə Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç deyib.
O bildirib: "Mən inanıram ki, "Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan TAP-ın tikintisi üç hökumətin dəstəyi sayəsində davam etdiriləcək”.
M.Şefçoviç vurğulayıb ki, TAP ərazisindən keçdiyi ölkələrə investisiyaların cəlb olunması, yeni iş yerlərinin açılması, eləcə də istehlakçılar üçün enerji daşıyıcılarının qiymətlərinin azalması baxımından səmərəli olacaq.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir.
Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaq. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.
banner

Oxşar Xəbərlər