• çərşənbə axşamı, 23 aprel, 10:30
  • Baku Bakı 20°C

Avropa Komissiyası: Türkiyə Avropadan iri addımlarla uzaqlaşır

17.04.18 20:08 815
Avropa Komissiyası: Türkiyə Avropadan iri addımlarla uzaqlaşır
Avropa KomissiyasıAvropa İttifaqıüzvlüyünə namizəd ölkə olan Türkiyə ilə bağlı növbəti irəliləyiş hesabatını açıqlayıb.

APA-nın Aİ-nin saytına istindən verdiyi məlumata görə, hesabatda 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd pislənib və Türkiyənin bu kimi təhdidlərin qarşısını almaq istiqamətindəki təxirəsalınmaz tədbirləri qanuni hesab edilib. Mətndə Türkiyənin FETÖ-nü terror təşkilatı kimi tanıdığı qeyd olunub.

Bununla yanaşı, hesabatda Türkiyədən fövqəladə vəziyyət rejiminin ləğv edilməsi tələbi də əksini tapıb. Aİ-nin genişlənmə üzrə komissarıYohannes HanTürkiyənin Avropadan iri addımlarla uzaqlaşdığını bildirib.
banner

Oxşar Xəbərlər