• cümə axşamı, 28 mart, 18:35
  • Baku Bakı 13°C

Avropa İttifaqında lider ölkə

18.12.18 14:15 413
Avropa İttifaqında lider ölkə
Çex Respublikası Avropada uşaq oyuncaqlarının ən iri ixracatçılarından biridir.
AZƏRTACxəbər verir ki, bunu "UniCredit” bankı tərəfindən aparılan tədqiqatların nəticələri sübut edir. Cari ildə oyuncaq ixracının dəyəri 2 milyard avroya çatıb. Plastik yığma konstruksiyalar, gəlinciklər, miniatür modellər və oyun dəstləri populyar ixracat malları sırasındadır.
Çexiyanın birinci yer tutmasının əsas səbəblərindən biri "Lego” konstruktorlarının istehsalının ölkəyə gətirilməsidir. "Lego” detal dəstlərinin yığılması və modelinin hazırlanması Çexiya oyuncaqları ixracının 60 faizini təşkil edir.
banner

Oxşar Xəbərlər