Avropa İttifaqında ən yüksək inflyasiya səviyyəsi Rumıniyada qeydə alınıb

Avropa İttifaqında ən yüksək inflyasiya səviyyəsi Rumıniyada qeydə alınıb

İqtisadiyyat
19 Noyabr 2019, 11:15 691
Avropanın statistika agentliyinin məlumatına əsasən, oktyabr ayında Avropa İttifaqı ölkələri arasında Rumıniyada 3,2 faizlə ən yüksək inflyasiya səviyyəsi qeydə alınıb.
Rumıniyadan sonra siyahıda 3 faizlə Macarıstan və 2,9 faizlə Slovakiya yer alıb. Aİ-də isə ümumi illik inflyasiya oktyabr ayında 1,1 faiz təşkil edib. Ən az göstəricilər Kipr (0,5 faiz), Yunanıstan (0,3 faiz) və Portuqaliyada (0,1 faiz) qeydə alınıb.