• cümə, 19 Aprel, 13:38
  • Baku Bakı 25°C

Avropa İttifaqı Yunanıstanda turizmin bərpasına 310 milyon avro ayıracaq

06.05.21 10:15 448
Avropa İttifaqı Yunanıstanda turizmin bərpasına 310 milyon avro ayıracaq
Avropa İttifaqı Yunanıstanda pandemiyadan sonra turizmin bərpasına 310 milyon avro ayıracaq.
AZƏRTACxəbər verir ki, ölkənin turizm naziri Xaris Teoxaris vəsaitin İttifaqın Yardım Fondundan ayrılacağını bildirib. Bu məbləğdən 260 milyon avro rəqabətliliyin artırılması layihələrinə, 50 milyon avro isə turizm sahəsinin mütəxəssislərinə və xidmət sektoruna ayrılacaq.
Qeyd edək ki, mayın 15-dən Yunanıstan turistlər üçün sərhədləri açmağı planlaşdırır. Avropa İttifaqı və Şenqen ölkələrindən başqa digər ölkələrdən gələn turistlər mənfi PCR koronavirus testi təqdim etməlidir.

banner

Oxşar Xəbərlər