• cümə, 19 Aprel, 22:19
  • Baku Bakı 24°C

Avropa İttifaqı vəsait ayrılmasına razılıq verib

03.04.19 14:00 496
Avropa İttifaqı vəsait ayrılmasına razılıq verib
Avropa Komissiyası Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) tikintisi üçün 33 milyon avro vəsaitin ayrılmasına razılıq verib.
Trend bu barədə Avropa Komissiyasına istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, vəsait Yunanıstanın Komotini şəhəri ilə Bolqarıstanın Stara Zaqora şəhəri arasında 182 kilometrlik trans-sərhəd qaz magistralının tikintisinə yönəldiləcək:
"IGB ümumi maraq kəsb edən Avropa layihəsidir. İki ölkənin qaz sistemləri ilk dəfə birləşəcək və bu, regionda enerji mənbələrini şaxələndirməklə enerji təhlükəsizliyini artıracaq. Qaz bazarında rəqabətin artması ilə istehlakçılar daha ucuz qaz ala biləcəklər”.
banner

Oxşar Xəbərlər