• şənbə, 20 Aprel, 00:52
  • Baku Bakı 15°C

Avropa İttifaqı və AŞPA-dan Azərbaycandakı seçkilərlə bağlı Bəyanat

10.10.13 11:39 1341
Avropa İttifaqı və AŞPA-dan Azərbaycandakı seçkilərlə bağlı Bəyanat
Azərbaycan hökümətinin cox sayda beynəlxalq və yerli müşahidəcilərin seckiləri izləməsinə imkan yaratması təqdirəlayiqdir. Trend-in məlumatına görə, prezident seçkilərinin nəticələrinə dair keçirilən birifinqdə Avropa İttifaqı və AŞ PA-nın Müşahidə Missiyasının birgə qəbul etdiyi bəyanatda qeyd olunub.
Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri Pino Alaççi bildirib ki, 9 oktyabrda keçirilən prezident seçkilərini izləmək üçün AŞ PA və Aİ nümayəndə heyətləri Azərbaycan höküməti tərəfindən dəvət olunub: "Nümayəndə heyətlərinin başçıları kimi biz seçki kampaniyasının və səsvermənin dinc şəkildə keçməsi münasibətilə Azərbaycan xalqını təbrik edirik."
Onun sözlərinə görə, seçki günündən öncə və secki günü seçki prosesləri dinc həyata keçirilib: "Azərbaycan hokümətinin texniki hazırlığını görməkdən məmnunuq. Səsvermə günü secki məntəqələrində secicilərə təzyiq müşahidə etmədik. Seçki qanunvericiliyə uygun olaraq polis nümayəndələri secki məntəqələrində olmayıb. Buna baxmayaraq, seçki çərçivəsində müəyyən təkmilləşmələr aparmaq yaxşı olar. Əvvəlki seçkilərlə müqayisədə daha azad debatlar keçirilib. Müxalifətə seçkilər zamanı müəyyən fürsət və imkan pəncərəsi açılıb. Bu gələcəkdə inkişaf etdirilməlidir. Bu seçki prosesi bir baslanğıcdir. Biz Azərbaycan hökümətini demokratiyaya dogru aparan yolu ciddi şəkildə inkişaf etdirməyə çağırırıq".
Mətbuat konfransında AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter də iştirak edib.
Yekun hesabatlar hər iki təşkilat tərəfindən gələcək həftələrdə çap olunacaq.
banner

Oxşar Xəbərlər