• cümə axşamı, 28 mart, 15:32
  • Baku Bakı 16°C

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib

08.07.19 22:57 950
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk iyulun 8-də Azərbaycan Respublikasına səfərə gəlib.
Trend-in məlumatına görə, Avropa İttifaqının bayrağının və Azərbaycan Respublikasının dövlət bayrağının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
banner

Oxşar Xəbərlər