"Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və təkliflərini dəstəkləyir"
"Avropa İttifaqıATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir".
APA-nın məlumatına görə, bu sözləri Avropa ittifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali NümayəndəsiFederika MogeriniBrüsseldə Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanla keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, görüşdəDağlıq Qarabağmünaqişəsinin sülh yolu ilə həllinin vacibliyini müzakirə ediblər:"Bütün qətiyyətimizlə prosesləri töhfə verməyə davam edəcəyik”.