• çərşənbə, 24 Aprel, 19:33
  • Baku Bakı 23°C

“Avropa İttifaqı - Mərkəzi Asiya” formatında nazirlərin görüşü olub

11.11.17 09:00 878
“Avropa İttifaqı - Mərkəzi Asiya” formatında nazirlərin görüşü olub
Səmərqənddə "Mərkəzi Asiya: vahid keçmiş, ümumi gələcək, sabit inkişaf və qarşılıqlı tərəqqi naminə əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "Avropa İttifaqı-Mərkəzi Asiya” formatında xarici işlər nazirlərinin növbəti görüşü olub.
AZƏRTACxəbər verir ki, görüşdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistanın xarici işlər nazirləri Abdulaziz Kamilov, Kayrat Abdraxmanov, Erlan Abdıldaev, Sirojiddin Aslov, Rəşid Meredov və Avropa İttifaqının (Aİ) təhlükəsizlik və xarici siyasət üzrə komissarı Federika Moqerini, Aİ-nin beynəlxalq əməkdaşlıq və inkişaf üzrə komissarı Neven Mumisa iştirak ediblər. Tədbirdə bu ölkələr və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri, təhlükəsizlik sahəsində fəaliyyətin genişləndirilməsi, regionun iqtisadi inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub.
Görüşün sonunda "Avropa İttifaqı və Mərkəzi Asiya: daha təhlükəsiz və birgə uğurlu gələcək naminə fəaliyyət” adlı kommyunike qəbul edilib, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın Xarici İşlər nazirlikləri arasında 2018-2019-cu illər üçün əməkdaşlıq Proqramı imzalanıb. Bu formatda növbəti görüşün 2018-ci ildə Brüsseldə keçirilməsi qərara alınıb.
banner

Oxşar Xəbərlər