• cümə, 19 Aprel, 15:51
  • Baku Bakı 25°C

Avropa İttifaqı ölkələrində insan hüquqları ilə bağlı kifayət qədər problemlər var

27.11.14 12:07 1088
Avropa İttifaqı ölkələrində insan hüquqları ilə bağlı kifayət qədər problemlər var
“Avropa Parlamentin prezidentinin çıxışında Azərbaycana aid olan məqamlar təəssüf və narazılıq doğurur. Barəsində danışılan şəxs - Leyla Yunusova digər ittihamlarla bərabər, ən ağır cinayətlərdən hesab olunan vətənə xəyanətdə ittiham olunur və onun işi ilə əlaqədar istintaq davam edir. İstintaqın işinə müdaxilə qanunun aliliyinin pozulmasıdır”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Parlamentinin prezidenti Martin Şultsun Avropa Parlamentinin noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında Azərbaycanla bağlı səsləndirdiyi fikirlərin şərh edərkən deyib.
M. Şultş tərəfindən səsləndirilmiş Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri məsələsinə gəldikdə, H. Hacıyev bildirib ki, Avropa Parlamentinin nümayəndə heyətinin Azərbaycana səfəri ilə əlaqədar ölkəmizin müvafiq dövlət qurumlarına heç bir rəsmi müraciət daxil olmayıb: “Martin Şults tərəfindən bu məsələnin təhrif olunmuş formada təqdim olunması təəssüf doğurur”.
XİN sözçüsü onu da qeyd edib ki, Avropa Parlamentin bilavasitə mandatına aid olan Avropa İttifaqına üzv ölkələrdə insan hüquqları ilə əlaqədar kifayət qədər problemlər var: “İsmafobiya, antisemitizm və ayrı-seçkilik meyllərinin artması, polis zorakılığı, əmək münasibətləri və miqrantların hüquqlarının pozulması bu sıradandır. Martin Şultşun bu problemlərə və eləcə də Ferqusson hadisələrinə, Brüsseldə və digər Avropa ölkələrində polis zorakılığına və qeyri-proporsional gücdən istifadə hallarına da yetərincə diqqət ayırması daha təqdirəlayiq olardı”.
banner

Oxşar Xəbərlər