• cümə axşamı, 28 mart, 18:16
  • Baku Bakı 13°C

“Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar”

31.07.18 09:40 401
“Avropa İttifaqı ölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar”
Avropa İttifaqıölkələri ABŞ-dan mayeləşdirilmiş təbii qaz qəbul edəcək 9-11 liman inşa etməyə hazırdırlar.
APA-nın CBS News-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib.
"Biz bunu artıqAvropa İttifaqının rəhbərliyi ilə müzakirə etmişik”, deyə D.Tramp vurğulayıb.
C.Konte isə ABŞ prezidenti ilə Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini müzakirə etdiyini bildirib.
Qeyd edək ki, iyulun 25-dəABŞ prezidentiAvropa Komissiyasının rəhbəri Jan-Klod Yunkeri qəbul edib. Ağ Evdə keçirilmiş görüşdə tərəflər ABŞ-danAvropa İttifaqına mayeləşdirilmiş təbii qazın ixracının artırılması, rüsumların azaldılması və bir sıra digər məsələlərə dair razılığa gəliblər.
banner

Oxşar Xəbərlər