• cümə, 19 Aprel, 20:39
  • Baku Bakı 24°C

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir

13.01.18 13:10 758
Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir
"Dağlıq QarabağmünaqişəsiAvropa İttifaqının diqqətindədir”.
APA-nın xəbərinə görə, bu barədəAvropa İttifaqınınATƏT-dəki nümayəndəsininATƏT-in yeni sədri, İtaliya xarici işlər naziri Angelino Alfanonun bəyanatına cavabında qeyd edilib.
Bəyanatda deyilirki, uzun müddət davam edən Gürcüstan və Moldovadakı münaqişələr, eləcə dəDağlıq Qarabağmünaqişəsi həmişəki kimiAvropa İttifaqının diqqətindədir və Aİ bu münaqişələrin həllində İtaliyanınATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndirir.
Bəyanatda o da bildirilir ki, Aİmünaqişələrin ciddi narahatlıq doğuran humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndirir.
Qeyd edək ki,ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Vyanada Daimi Şuranın iclasında 2018-ci ildə fəaliyyətinin prioritetlərini açıqlayarkən bildirib ki, İtaliyaATƏT-dəki sədrliyi dövründəDağlıq Qarabağmünaqişəsinin həlli üçün 2018-ci ildəATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləmək niyyətindədir . O qeyd edib ki, 2018-ci ildəATƏT-ə sədrlik çərçivəsində İtaliya təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur və bu, əsas prinsiplərdən biridir.
banner

Oxşar Xəbərlər