• şənbə, 20 Aprel, 04:28
  • Baku Bakı 15°C

Avropa İttifaqı Colan təpələrini Suriya torpağı hesab edir

22.03.19 14:30 483
Avropa İttifaqı Colan təpələrini Suriya torpağı hesab edir
"Avropa İttifaqıABŞ-ın Colan təpələri üzərində İsrailin suveren hüquqlarını tanımaq niyyətini bildirməsi müqabilində oxşar addım atmaq fikrində deyil".
"Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsüMaya Kosyançiçbildirib.
"Aİ-nin mövqeyi dəyişməyib. Beynəlxalq hüququ əsas tutan Avropa İttifaqı İsrailin Colan təpələri da daxil olmaqla, 1967-ci ildən sonra işğal etdiyi ərazilər üzərində suverenliyini tanımayaraq həmin torpaqları İsrail ərazisinin bir hissəsi hesab etmir”, -deyə Aİ rəsmisi qeyd edib.
Ərəb Dövlətləri Liqası (ƏDL) da İsrailin Colan təpələri üzərindəki suveren hüquqlarını tanıyacaqları barədə ABŞ PrezidentiDonald Trampın açıqlamasını rədd edib. Təşkilatın baş katibi Əhməd Əbul-Ğəyt bildirib ki,Ərəb Dövlətləri Liqası Suriyanın işğal olunmuş ərazilərinə dair hüquqlarını bütövlüklə dəstəkləyir: "Biz həmin problemə dair qətnamələrimizə əsaslanan xüsusi mövqe tuturuq”.
Qeyd edək ki, D.Tramp "Twitter” səhifəsində bunlarıyazıb: "52 il sonra Birləşmiş Ştatlar üçün İsrail Dövləti və regional sabitlik üçün müstəsna strateji və təhlükəsizlik əhəmiyyəti kəsb edən Colan təpələri üzərində İsrailin suverenliyini bütövlüklə tanımaq vaxtı yetişib”.
banner

Oxşar Xəbərlər