• cümə axşamı, 28 mart, 14:15
  • Baku Bakı 16°C

Avropa İttifaqı Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb

21.10.14 14:02 940
Avropa İttifaqı Azərbaycan prezidentinin əfv sərəncamını alqışlayıb
APA-nın məlumatına görə, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Ketrin Eşton ilə Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissar Ştefan Fülenin birgə bəyanatında əfv sərəncamı alqışlanıb və müsbət addım kimi dəyərləndirilib.
Bəyanatda Aİ-nin Azərbaycanla əlaqələrə verdiyi önəm vurğulanıb və Aİ-Azərbaycan münasibətlərinin hər iki tərəfin xeyrinə əhəmiyyətli potensialı olduğu qeyd edilib: “Biz Azərbaycanın sabit, təhlükəsiz və firavan gələcəyə malik ölkə olması ilə bağlı istəklərini bölüşür və Avropa Şurasının hazırkı sədri kimi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun olaraq açıq və əhatəli milli dialoqun ən yaxşı yol olduğuna əminliyimizi bildiririk”.
banner

Oxşar Xəbərlər