• çərşənbə, 24 Aprel, 04:25
  • Baku Bakı 14°C

Avropa İnvestisiya Bankı TANAP-da iştirakda israrlıdır

09.05.16 13:12 1037
Avropa İnvestisiya Bankı TANAP-da iştirakda israrlıdır
"Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi önəm verdiyimiz layihələr sırasındadır". "Report" xəbər verir ki, bunu Avropa İnvestisiya Bankının (EIB) vitse-prezidenti Pim van Ballekom deyib.
EIB rəsmisinin sözlərinə görə, təmsil etdiyi bankın TANAP-da iştirak edib-etməməsi tezliklə bəlli olacaq:"Layihəyə qoşulacağımıza ümid edirəm. Bunun üçün əlimizdən gələni edirik və qarşıdakı aylarda bu məsələ öz həllini tapacaq”.
Qeyd edək ki, apreldə bir sıra KİV-də EIB-in TANAP-ın tikintisi üçün Türkiyəyə 1 mlrd. avro həcmində kreditayıracağı haqqında məlumat yayılıb. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev "Natural Gas Europe" saytına verdiyi müsahibəsində bildirib ki, tezliklə EIB və Dünya Bankı (WB) bu layihə üçünümumilikdə 2,13 mlrd. dollar ayıracaq.
banner

Oxşar Xəbərlər