• şənbə, 20 Aprel, 12:59
  • Baku Bakı 23°C

Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

15.05.18 12:10 504
Avropa Gənclər Olimpiya Festivalının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
Azərbaycan prezidentiİlham ƏliyevAvropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədri
Yaqub Eyyubov- Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Təşkilat Komitəsi sədrinin müavini
Azad Rəhimov- Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Təşkilat Komitəsinin üzvləri
Yusuf Məmmədəliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Elmar Məmmədyarov- Azərbaycan Respublikasının xarici işlər naziri
Ramil Usubov- Azərbaycan Respublikasının daxili işlər naziri
Kəmaləddin Heydərov- Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Şahin Mustafayev- Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Samir Şərifov- Azərbaycan Respublikasının maliyyə naziri
Mikayıl Cabbarov- Azərbaycan Respublikasının vergilər naziri
Oqtay Şirəliyev- Azərbaycan Respublikasının səhiyyə naziri
Əbülfəs Qarayev- Azərbaycan Respublikasının mədəniyyət naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri
Ceyhun Bayramov - Azərbaycan Respublikasının təhsil naziri
Səfər Mehdiyev - Azərbaycan RespublikasıDövlət Gömrük Komitəsinin sədri
Mədət Quliyev - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Elçin Quliyev- Azərbaycan RespublikasıDövlət Sərhəd Xidmətinin rəisi
Vüsal Hüseynov - Azərbaycan RespublikasıDövlət Miqrasiya Xidmətinin rəisi
Cahangir Əsgərov - "AzərbaycanHavaYolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Balababa Rzayev - "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Çingiz Hüseynzadə - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Anar Ələkbərov -Heydər Əliyev Mərkəzinin direktoru
Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru
Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Ağacan Əbiyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibi
Xəzər İsayev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti
Azər Əliyev - Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi
Fərid Mansurov - Olimpiya çempionu.
banner

Oxşar Xəbərlər